qapı ve pencerelere agcaqanad torları

Ağcaqanadların bu qədər təhlükəli olduğunu bilirdin?

Yay özü ilə günəş, istirahət, eyni zamanda narahatlıq, həşəratlar, ağcaqanadlar gətirir. Bu isə insanların bütün gün dincəlmələrini, rahatlıqlarını sıfıra endirir.

Ağcaqanadlar yay aylarında daha aktiv fəaliyyətə keçir. Xüsusən axşam saatlarında və səhərə doğru insanlara qarşı hücuma keçən ağcaqanadlar narahatlıq doğurmaqla yanaşı dəridə xoşa gəlməyən qızartılar da yaradır. Qaşınma isə belə halda ən çox narahatlıq verən bir prosesdir. Ağcaqanadlar insan bədəninə qonduğu zaman iynə batırdıqları yerdə qanın laxtalanmaması üçün enzim adlanan maddə ifraz edir. Bu maddə qanda ağcaqanadın dişlədiyi kiçik bir çevrədə qanın duru qalmasına və bununla da qidalanmasına səbəb olur. Həmin bölgədə qan daha sürətlə axdığından dəridə yanma, istilənmə hiss olunur və ağcaqanaddan ifraz olunan maddənin təsirindən qaşınma başlayır. Bu qaşınma insandan insana fərqlidir. Uşaqlara nisbətən böyüklərdə qaşınma və qızarma daha yüngül formada olur. Uşaqlarda isə qaşınmalar sonradan kiçik yaralara, həmin hissədə dəri qopmalarına səbəb ola bilər.

Xüsusilə yay aylarında ağcaqanadlar və digər həşəratlar uşaqların dərisinə qonmağa meylli olur. Çünki uşaqlar daha müdafiəsizdir və daha sakitdir. Uşaqlar isə belə hallarda xəstəliklərlə üz-üzə qalır. Qaşıntı, allergik reaksiyalar uşaqlarda ciddi bir müalicə tələb edəcək qədər ciddiləşə bilər. Bəzən mikrob müxtəlif dəri infeksiyalarına səbəb ola bilər. Ağcaqanad dişləməsi uşaqların yuxu keyfiyyətinin pozulmasına da gətirib çıxaran səbəblərdəndir.

Ağcaqanadlar eyni zamanda virus daşıyıcıları da ola bilər. Gün ərzində qonduqları müxtəlif insanlardan, məkanlardan aldıqları viruslar digər insanlara rahatlıqla keçə bilər. Ağcaqanadlar fil xəstəliyi, malyariya və qızdırma xəstəliyinin yoluxucusudur.