Haqqımızda

Biz Cəfəroğlu MMC şirkəti olaraq 2015-cü ildən qapı və pəncərə sistemlərini, şüşə fasadlarının, arakəsmələrin, cam balkonların, izosistemlərin, jalüzlərin hazırlanıb quraşdırılması ilə məşğul oluruq.

Şirkət yarandıqdan indiyədək çoxlu saytda müxtəlif istiqamətli  işlər görmüş və bu işləri uğurla sona çatdırmışdır. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət imkan verir ki, şirkətimiz qəbul etdiyi sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil versin.

Daim inkişafda olan şirkətimiz paytaxt Bakıyla yanaşı, regionlarda da fəaliyyətini  həyata keçirtməklə müştərilərini məmnun edir.

Öz peşəsini dərindən bilən işçi heyyətimiz daim yeni texnologiyalar axtarışındadır. Memarlarımız görüləcək işlərin eskiz layihələrini yüksək səviyyədə hazırlayıb istehsal müəssisəsinə göndərirlər. İstehsal müəssisəsində bacarıqlı işçi heyyətimiz qəbul edilmiş sifarişi xüsususi peşəkarlıqla yerinə yetirir və quraşdırılmış qapı və pəncərə sistemində yaranmış hər hansı bir nasazlıq vaxtında və dərhal yerinə yetirilir. Zəmanət müddəti bitdikdən sonra yaranmış hər hansı bir nasazlıqisə istifadə olunacaq aksesuarlar istisna olmaqla (tutacaq, məntəşə, kilit) öz hesabımıza aradan qaldırılır.

Bizimlə işləmək sizin üçün də əlverişlidir, çünki biz hər bir müştərimizlə əla servis və fərdi yanaşmanı təmin edirik. Eyni zamanda heç bir banka getmədən tək şəxsiyyət vəsiqəsi ilə sizlərə güvənərək xüsususi müqavilə əsasında kreditlər də təklif edirik. Bunun üçün bizim şirkətimizə tək bir telefon zənginiz bəs edər. Cəfəroğlu MMC şirkəti eyni zamanda heç bir banka getmədən tək şəxsiyyət vəsiqəsi ilə sizlərə güvənərək xüsusi müqavilə əsasında Jalüz, qapı və pəncərəyə kreditlər də təklif edir.

BÜTÜN İŞLƏRİMİZƏ VƏ TƏCHİZ ETDİYİMİZ AVADANLIQLARIN KEYFİYYƏTİNƏ ZƏMANƏT VERİRİK

Qoy həmişə pəncərələrinizdən nur saçsın, qapılarınız xeyrliyə açılsın!