himalay dağ

Himalay,dünyanın ən hündür dağ zirvəsi!

Himalay dağları

Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Comolunqma zirvəsi də bu dağda,Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir.

Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. Göstəricilərə görə isə Himalay dağlarında havanın istiliyi son 30 ildə 10 ildən bir 0.06-0.15 dərəcə arası artır və istilərin bu şəkildə artmağa davam etməsi nəticəsində 50 ilə qədər buzlaqların yox olması gözlənilir.

Avrasiyaya birləşmədən əvvəl Hindistan Qondvananın bir hissəsi idi. Sonralar Qondvanada materiklərin dreyfi başladı. Qondvananın parçalanması nəticəsində meydana gələn yeni hissələrdən biri olan Hindistan şimala doğru 6000 km məsafə qət etdikdən sonra Avrasiya materiki ilə toqquşdu. İki materik tipli yer qabığının toqquşması nəticəsində Himalay dağları yaranaraq, yüksəldi

  Diqqətə layiq Himalay alpinistləri

  • Nasuh Mahruki – Comolunqmaya çıxan ilk türkdür.
  • Corc Mallori (1886-1924)- Comolunqmaya ilk dəfə çıxmağa cəhd etmişdir. Zirvənin şimal istiqamətində öldü.
  • Bill Tilman (1898-1977) – İngilis. Nanda Devi zirvəsinə ilk dəfə çıxmağa cəhd etmişdir.
  • Erik Şipton (1907-1977) – İngilis. Bill Tilmanla birlikdə Nanda Devi məbədinə ilk dəfə girən və buradan Comolunqmaya gedən yolu kəşf edəndir.
  • Con Hunt (1910-1998) – İngilis. Comolonqma dağı ekspedisiyasının rəhbəri (1953).
  • Tenzinq Norqey (1914-1986) – Nepallı (Şerpa). Edmund Hillari ilə birlikdə Comolunqmanı fəth edən alpinist.
  • Maurice Herzoq (1919) – Annapurna zirvəsini fəth edən ilk alpinist. Donvurma səbəbindən bütün ayaq barmaqlarını və əl barmaqlarından çoxunu itirdi. Ondan sonra 1970-ci ilə qədər zirvəni fəth etməyə cəhd olmadı.
  • Edmund Hillari (1919-2008) – Yeni Zellandiyalı. Tenzinq Norqeylə birlikdə Comolunqmanı fəth edən alpinist
  • Tom Burdillon (1924-1956) – İngilis. Comolunqma ekspedisiya heyətinin 1951, 1952 və 1953-cü ildə üzvü. Edmund Hillari və Tenzinq Norqey zirvəni fəth etmədən üç gün əvvəl Tom Burdillon zirvəyə yaxınlaşa bilmişdi.
  • Herman Buhl (1924-1957) – Nanqa Parbata ilk dəfə çıxmağa cəhd etmişdir. Broad Pikə ilk dəfə çıxmağa cəhd etmişdir. Çoloqisaya çıxmağa cəhd edərkən ölmüşdür və cəsədi tapılmamışdır.