Ağcaqanad Torları

Təklif edirik ki ,bizim şirkətə öz plastik pəncərə və qapılarınıza Ağcaqanad Torları sifariş verəsiniz.Bizim şirkətin ustaları sizə Ağcaqanad Torlarının ölçülməsini ,çatdırılmasını və quraşdırılmasını pulsuz həyata keçirəcək.Geniş çeşid növünə görə və uyğun qiymətə özünüzə lazım olanı seçə bilərsiniz.Ağcaqanad Torları daxili məkanı zərərverici həşəratlardan ,yarpaqlardan və küçə zibillərindən qorumaq üçün nəzərdə tutulub.Ağcaqanad Torlarına ən çox tələbat isti vaxtlarda olur ,hansı ki pəncərə və qapı açıq olur.Plastik qapı və pəncərə üçün Ağcaqanad Torları yüksək keyfiyyətli materiallardan hazırlanır və atmosfer dəyişikliklərinə,temperaturun düşməsinə dözümlüdür.

Stasionar və ya Sabit Ağcaqanad Torları

Ağcaqanad Torları arasında ən məşhuru sabit ağcaqanad torudu.Onun özünəməxsus dözümlü alüminium çərçivəsi və üzərinə dartılaraq taxılan tordan ibarətdi.Torların şəbəkələri arası məsafə ele hazırlanmışdır ki ,onlar həm həşəratlardan otağı qoruyur, həm də otağın işıqlandırılmasına maneə olmur.Bu tip torlar plastik pəncərənin çöl tərəfindən bərkidilir və çıxarılması və salınması çox asan və rahatdı.

Açılan Ağcaqanad Torları

Plastik pəncərəyə quraşdırılan Açılan Ağcaqanad Torları eyvanda qapıya quraşdırılan ağcaqanad torunun analoqudu.Bu tip torlar eyvan qapısının çərçivəsi üzərinə quraşdırılır və əks tərəfə açılır.Digər tərəfinə isə maqnit vasitəs ilə birləşir.

Sürgülü Ağcaqanad Torları

Sürgülü Ağcaqanad Torları – sürgülü sistemə malik olub və kiçik məkanların eyvanlarında ,terrasda və pəncərələrində quraşdırılması üçün ideal variantdı.Bu tip torlar təmiz hava axını məhdudlaşdırmır ,ən əsası ağcaqanaq və milçək kimi həşəratları çöldən içəri buraxmır.