Görməli Binalar gormeli bina

Rəqs Edən Ev(harda?)

Bu ofis binası 1990-cı illərin ortalarında tikilib və o vaxtdan Çexiya paytaxtı Praqada ən populyar bina sayılır. Dekonstruktivizm üslubunda olan kompleks memarlar Vlado Miluniç və Frenk Qeri tərəfindən icad edilib. Ev sanki rəqs edən cütlüyü əks etdirən iki silindrik qüllədən ibarətdir. Hollivud ulduzları Cincer Rocers və Fred Aster ən məşhur xoreoqrafik duet sayıldığına görə, bina zarafatsayağı “Cincer və Fred” adı alıb. Bu dinamik və cəsarətli tikili elə görünür ki, guya az qala indi rəqs etməyə başlayacaq.