Sevet Ev

Səbət Ev(Nyuark, Ohayo ştatı, ABŞ)

1997-ci ildə yaradılmış bu binada “Longaberger” inşaat şirkətinin ofisi yerləşir. Bir çox mütəxəssislər firmanın sahibi Deyv Lonqabergeri bu cür əcaib layihənin həyata keçirilməsindən daşındırmağa çalışırdılar, ancaq iş adamı öz sözündə durub. Nəticədə Nyuarkda 30 milyon ABŞ dolları dəyərində nəhəng bir səbət ərsəyə gəlib. Yeddi mərtəbəli binanın ümumi sahəsi 16,7 min kvadrat metrdir.