Silicon Cebhe sistemi

Şüşə fasad(cəbhə)-nin növləri(Silicon Cəbhə)

Tamamilə şüşə görüntüsü istənildikdə silikon cəbhə sisteminə üstünlük verilir.Bu sistemdə şüşə kasetlər arasında incə (16mm) hava boşluqları mövcud olur və xaricdən alüminium görünmür.

Alüminium şaquli və üfüqi daşıyıcı profillərlə alt konstruksiya yaradılmışdır. Alt konstruksiya yaradılmasında Alfa İnşaat bir çox cəbhə sistemlərinin alternativini təqdim edir. Şüşələrin oturtulmasında əvvəl kaset profilləri sistem detallarına görə kasa halına gətirilir,daha sonra isə şüşə paketləri fabrik mühitində xüsusi testlərdən keçirilərək məsafə təyinedici bant (Norton bant) və bonding silikonu ilə yapışdırılır. Bu emal Bonding adlanır və kaset tamamlanmış olur. Kasetlər daşıyıcı tikinti üzərinə inşaat mühitində nizamlayıcılarla sabitlənir. Xaricə açılan gizli qanadlar çöldən qətiyyən hiss edilməz.

Kasetlər arasında izolyasiya üçün EPDM fitiller istifadə edildiyindən silikon həyata keçirilməsinə ehtiyac yoxdur. Alfa İnşaatın təqdim etdiyi Cəbhə sistemlərində izolyasiya baxımından fərqli alternative kaset və EPDM fitiller mövcud olur.

canonical