radio ve televiziya günü

Azərbaycanda televiziya və radionun yarandığı tarix

Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çıxarılmasında dövlət televiziyasının müstəsna xidməti olmuşdur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı ilin 14 fevralında efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib. 60 il əvvəl Zaqafqaziya ölkələri arasında ilk dəfə Bakıda ağ-qara rəngdə göstərən televiziya fəaliyyətə başlayıb. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti, yəni AzTV yayıma başlayıb.

Yenicə yayıma başlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi genişlənib, Salyan, Quba, Kürdəmir və başqa rayonlarda da TV-ni seyr etmək mümkün olub. Bütün rayonlara yayımın gecikməsi isə həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi. Sonralar istifadəyə verilən teleqüllə cəmiyyət üçün yenilik oldu və Azərbaycanda televiziyanın simvoluna çevrildi. Hündürlüyü 180 metr olan teleqüllə artıq yoxdur. Yeni televiziya qülləsi inşa edildikdən sonra köhnəsi hissə-hissə söküldü. Dövlət televiziyası Azərbaycan teleməkanına texniki uğurlarla yanaşı, yaradıcılıq və telejurnalistikanın inkişafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət televiziyası Azərbaycan dilinin təbiliğində əvəzsiz rol oynayıb. Azərbaycanın ilk elektron mətbu orqanı müstəqillik illərində də ciddi işlər görüb.