umumdunya evheyvanları gunu

Ümumdünya Ev Heyvanları Günü, (1931)

Hər il noyabrın 30-u bir çox ölkələrdə Ümumdünya Ev Heyvanları Günü
(World Day Pets) qeyd olunur. Bu günün təsis olunması ideyası Təbiətin qorunması
hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilən Beynəlxalq
konqresində səslənmişdir. Həmin vaxtdan bu bayram dünyanın bir çox ölkələrində
qeyd olunur və insanlar tərəfindən ev heyvanlarına çevrilən “balaca dostlarımıza”
görə bütün bəşəriyyətin cavabdeh olduğunu xatırladır. Təsadüfi deyil ki, bu günün
devizi Antuan de Sent Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin
bütün insanlara ünvanlanmış sözləridir: “Sən əhliləşdirdiklərin üçün hər zaman
cavabdehsən”.Bu günlə əlaqədar keçirilən tədbirlər çox rəngarəng və müxtəlifdir və hər bir
ölkədə fərqli şəkildə düzənlənir. Bu günün hansı şəkildə qeyd edilməsindən asılı
olmayaraq, əsas məqsəd insanları ev heyvanlarının problemlərinə biganə
qalmamağa çağırmaqdır.