“Alov qüllələri” kompleksi (ing. Flame Towers) — Bakı şəhərində ən hündür bina. Hündürlüyü 190 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.
Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası “DİA Holding” yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri Alov Qüllələridir.
Skyscrapercity.com (urbanistika haqqında nüfüzlu forum) saytının keçirdiyi sorğuya görə “Alov Qüllələri” işıqlandırılma üzrə birinci yeri tutur. Üstündə animasiyon mənzərə vermək üçün binalar bütövlüklə ekranlarla örtürülüb.
Binanın tikilməsi “Build it Bigger” verlişində göstərilmişdi, bu verliş “Discovery Channel”də və “Science Channel”də yayımlanır.
Tikiliş üçün 400 milyon ABŞ dolları xərclənmişdir