Himalay,dünyanın ən hündür dağ zirvəsi!
Himalay dağları Yer kürəsinin ən hündür sıra dağları. Dünyanın ən yüksək zirvəsi olan Comolunqma zirvəsi də bu dağda,Nepalın sərhədlərində yerləşir. Himalay dağları indiyədək davam edən Hindistan platforması və Asiya platformasının toqquşması nəticəsində meydana gəlmişdir. Pakistan, Hindistan, Çin, Nepal və Butandan keçən 2400 km uzunluğundakı Himalay dağlarının buzlaqları Asiyanın ən böyük 9 çayını qidalandırır. 1,3 milyard insan bu su yollarından asılı olaraq yaşayır. …