Dünyanın yeddi möcüzəsi

Dünyanın Yeddi Möcüzəsi

Dünyanın yeddi möcüzəsi — antik dünyada inşa edilən Misir piramidaları, İsgəndəriyyə mayakı, Babilin asma bağları, Efes-Artemis məbədi, Rodos heykəli, Olimpdə Zevsin heykəli və Bodrum mavzoleyi adlı yeddi binadır.
Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq «möcüzə» deyə adlandırıldı.
Binaların möcüzə olmalarının səbəbi dövrün texnikalarına və imkanlarına görə böyük səylər tələb etməsidir. Möcüzələr çox antik müəllifin və ziyalısının marağını çəkmiş, bir çoxunun səyahətə çıxmasını təmin etmişdir.
Bu strukturları yığan yazarlar binaların xüsusiyyətlərini çox vaxt duyaraq yazmışlar.Məlumatların bir qisimi mübahisəlidir. Bu gün yeni kəşflərə və strukturlara görə yeni «yeddi möcüzə» siyahıları nümayiş olunmuşdur. Bu yazılanlar antik dünyadan bəri bilinən «antik dünyanın yeddi möcüzəsidir». Müasir dünyada yeni möcüzə siyahıları edilmişdir.