Şirkətimiz həmçinin duş kabinalarının hazırlanması və quraşdırılması ilə də məşğuldur. Duş kabin sistemləri gigiyenik cəhətdən təmizliyin təmin edilməsi və evdə xüsusi bir rahatlıq yaradılması üçün çox münasib sistemdir.Sizin zövqünüzə uyğun olaraq müxtəlif formada duş kabinləri hazırlanır,onların keyfiyyətinə dair zəmanət verilir.
6,8 və 10 mm-lik temperli şüşələrdən istifadə olunur,onu da deyək ki,şüşələrin qalınlığı dayanıqlığı artıran amillərdən biridir.Standart ölçü olaraq eni 90, uzunluğu 90, hündürlüyü 200 sm nəzərdə tutulur amma sizin sifarişinizə uyğun istənilən forma hazırlana bilir.Bir il ərzində təcrübəli işçilərimizi yaranan problemin həlli üçün göndəririk.
Təbii ki bu cür hadisələr çox nadir qarşılaşdığımız hallardır,yəni hər hansı bir hadisə üçün heç bir narahatlığa ehtiyac yoxdur.Onu da qeyd edək ki,şüşələrin üzərinə istəyə uyğun naxışlar çəkilir bu da qiymətə təsir edən amillərdən biridir.Qiymət haqqında məlumat almaq üçün əlaqə vasitələrimizdən istifadə edə və ya saytımızın müraciət blankını doldura bilərsiz.